Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şeyx Cüneyd” türbəsi - Qızılbaşların Qusardakı yadigarı

14.02.2019 [12:06]

Xəbərin mətni
Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin şərəfinə ucaldılmış XVI əsrə aid türbə Qusarın ən mühüm tarixi-memarlıq abidələrindən biridir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Həzrə kəndində yerləşən türbəni hər il 800-dən çox yerli və əcnəbi turist ziyarət edir. Türbədə dəfn olunan Şeyx Cüneyd Səfəvi şeyxidir. Şirvanı istila etmək niyyətində olan Şeyx Cüneydin qarşısı Şirvanşah Xəlilullah tərəfindən kəsilib.