QAN YADDAŞI


Xocalı soyqırımı bəşər tarixinin ən faciəvi hadisələrindən biridir

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin inzibati binasında anım mərasimi keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə idarənin şəxsi heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunan və həmin dəhşətli gecəni əks etdirən fotostendə baxıblar.