Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri vətəndaşları qəbul edib
27.04.2019 [14:34]
Xəbərin mətni
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda agentliyin idarə heyətinin sədr müavinləri, aparatın rəhbəri, müvafiq idarə və şöbə rəisləri iştirak ediblər. Qəbula yazılan 30-dək vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib.