İDMAN


Teymur Rəcəbov şahmat üzrə dünya kuboku turnirinin qalibi olub

Teymur Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən turnirin finalında çinli Liren Dinqi məğlub edib. Qrossmeysterlər finalda 10 görüş keçiriblər. Şahmatçılar arasında dörd klassik partiya oynanılıb.