SİYASƏT


Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Dekabrın 23-də səhər saat 8.00-da Azərbaycan Respublikasının bütün ərazisində bələdiyyə seçkiləri başlayıb.
AZƏRTAC xəbər verir ki, seçkilərdə 41 min 462 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
Səsvermə 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində keçirilir.