İspaniya ictimaiyyəti Azərbaycan həqiqətləri haqqında məlumatlandırılıb
27.12.2019 [12:47]
Xəbərin mətni
İspaniyada geniş auditoriyaya malik olan “Radio Inter” kanalının “Dünya xəbərləri” verilişi canlı yayımda Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun müsahibəsini yayımlayıb.
Müsahibə zamanı verilişin aparıcısı, “Grupo Internacional de Medios” informasiya vasitələri şirkətinin prezidenti Karlos Penyalosa Azərbaycanın yerləşdiyi region, əhalisinin sayı, iqtisadi göstəriciləri, xarici siyasətinin prioritet istiqamətləri, Azərbaycan-İspaniya diplomatik münasibətlərinin yaranma tarixi, ölkələr arasında əlaqələrin hazırkı vəziyyəti barədə suallar ünvanlayıb.