SİYASƏT


Soydaşımız Səadət Qədirova RF XİN-in mükafatına layiq görülüb

Soydaşımız, TASS agentliyinin xarici siyasət informasiyaları redaksiyasının diplomatik-informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri Səadət Qədirova Rusiya Xarici İşlər Nazirliyinin “Xarici siyasətin avanqardında” nominasiyası üzrə mükafatının laureatı olub.
AZƏRTAC xəbər verir ki, S.Qədirova bu mükafata “YouTube” şəbəkəsində özünün “кadyrova.online” kanalında apardığı “Arzular gerçəkləşir” layihəsi çərçivəsində jurnalist və xeyriyyəçi fəaliyyətinə görə layiq görülüb.