Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubalı milyonçunun “Doğum evi”nə çevrilən mənzilindən REPORTAJ

13.05.2020 [17:19]

Xəbərin mətni

Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə Avropa memarlıq üslubunda tikilən ikimərtəbəli bina görünüşü ilə digərlərindən fərqlənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbənin Fətəlixan küçəsindəki XIX əsrə aid yaşayış binası yəhudi əsilli milyonçuya məxsus olub. Avropa memarlıq üslubunda tikilən yaşayış evinin üzəri uşaq şəkilli freskalarla bəzədilib.