CƏMİYYƏT


Gədəbəydə dolu yağıb

Yayın ilk günü qərb bölgəsinə qar və dolu yağıb.

AZƏRTAC xəbər verir ki, Gədəbəy rayonuna bir neçə dəqiqə ərzində yağan qar ətrafı ağ örpəyə bürüyüb. Daha sonra yağış və dolu yağmağa başlayıb. Yayın ilk günündə yaşanan qeyri-adi təbiət hadisəsi rayon mərkəzi və kəndlərində müşahidə edilib.

Təbiət hadisəsi kənd təsərrüfatına ziyan vurub.

Qeyd edək ki, bu gün saat 17 radələrindən qərb bölgəsində güclü küləklə müşahidə edilən yağıntılı hava şəraiti hökm sürür.