Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quba-Xınalıq yolu qaya parçalarından təmizlənib

22.06.2020 [11:00]

Xəbərin mətni

İyunun 21-i gecə saatlarında dağlardan qopan böyük qaya parçalarının Quba-Xınalıq yolunun hərəkət hissəsinə düşməsi nəticəsində yol müvəqqəti bağlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun 52-ci kilometrliyində qeydə alınıb. Gecə saatlarında yolda qalan vətəndaşlar qaya parçalarının bir hissəsini yoldan təmizləyərək hərəkətə davam ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI