SİYASƏT


Çikaqo şəhərinin Azərbaycan icması üzvləri orduya dəstək aksiyası keçirib

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin Azərbaycan icmasının üzvləri Ermənistanın bu şəhərdəki konsulluğu qarşısında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkil etdiyi etiraz aksiyası iştirakçıları Amerika ictimaiyyətini məlumatlandırmaq məqsədilə şəhər meriyası qarşısında piket, Ermənistan konsulluğunun qarşısında isə aksiya keçiriblər.