SİYASƏT


İspaniyanın televiziya kanalında yayımlanan proqramda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü tənqid olunub

İspaniyada və Latın Amerikası ölkələrində geniş izləyici kütləsinə malik olan “Tu Voz en Pinares” televiziya kanalında Ermənistanın ölkəmizə qarşı sonuncu hərbi təxribatı kəskin şəkildə pislənilib.
AZƏRTAC-ın məlumatına görə, “Tu Voz en Pinares” televiziya kanalının aparıcısı Mikaela de Pablonun təqdimatında yayımlanan proqramda Ermənistanın ölkəmizə qarşı əsrlər boyu həyata keçirdiyi təcavüzkar siyasət sərt şəkildə tənqid olunub.