CƏMİYYƏT


Sərtləşdirilmiş karantin rejiminin elan olunduğu rayonlardan Gədəbəyə istirahətə gələnlər cərimələnib

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejiminin elan olunduğu digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, texniki vasitələrin köməyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin rejimi günlərində gəldikləri məlum olub.