SİYASƏT


İtaliya parlamenti önündə Azərbaycana dəstək aksiyası keçirilib

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində törətdiyi hərbi təxribatı və 30 ildən çox Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü İtaliya rəhbərliyinin, parlament üzvlərinin, yerli ictimaiyyətin diqqətinə çatdırmaq, eləcə də ordumuza dəstək nümayiş etdirmək üçün İtaliyada yaşayan həmvətənlərimiz İtaliya parlamentinin qarşısında sanksiyalaşdırılmış aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiyada əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ardınca aksiya iştirakçılarının Ermənistanın son hərbi təxribatları barədə İtaliyanın dövlət qurumlarına müraciəti oxunub.