ELM VƏ TƏHSİL


Abituriyentlərin nəzərinə

II, III və V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 9 illik təhsil bazasında kolleclərə ərizə verən xarici dil və ya bölməsini dəyişənlər üçün avqustun 21-də keçiriləcək əlavə imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, avqustun 21-də II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və 9 illik təhsil bazasında kolleclərə sənəd verən abituriyentlər üçün Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.