ELM VƏ TƏHSİL
Sabah 20 mindən çox abituriyent imtahan verəcək
19.08.2020 [13:32]
Sabah cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul, II, III və V ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanlar (Azərbaycan və ya rus dili) keçiriləcək.Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanlarda 20 min 100 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.05.2023 [01:20]
28.05.2023 [01:19]
25.05.2023 [22:19]
25.05.2023 [18:10]
21.04.2023 [09:33]
28.05.2023 [10:26]