Ukraynanın müstəqilliyinin 29-cu ildönümü münasibətilə Azərbaycanın bu ölkədəki səfirliyi təbrik videosu hazırlayıb
21.08.2020 [10:52]
Xəbərin mətni
Ukraynanın müstəqilliyinin 29-cu ildönümü münasibətilə Azərbaycanın Ukraynadakı səfirliyi orijinal hədiyyə olaraq təbrik videosu hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda Ukrayna cəmiyyətinə uğurla inteqrasiya edən gənc azərbaycanlıların, habelə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın təbriki yer alıb.