SİYASƏT


Erməni hərbçiləri yerli əhalini atəşə tutur: Tərtər sakini təsadüf nəticəsində sağ qalıb – AZƏRTAC hadisə yerindən xəbər verir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb. Hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan erməni hərbçiləri avqustun 26-da səhər saat 5 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar. Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərələrini sındırıb.