SİYASƏT


Mənfur qonşumuz sərhəd kəndinin su anbarına gələn çayın qarşısını kəsib - ekoloji terror

Torpaqlarımızın 20 faizini işğal edən mənfur qonşumuz Ermənistan tez-tez cəbhədə təxribatlar törətməklə yanaşı, ekoloji terrorlarını da davam etdirirlər. Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən çay düşmən tərəfdən gəldiyi üçün onun qarşısı kəsilib. Bu səbəbdən kənddəki anbarda su nəzərəçarpacaq dərəcədə azalıb. Çayların qarşısını kəsməklə sakinləri susuz qoyaraq ekoloji terrora əl atan düşmən bu cür çirkin üsullardan istifadə etməyə üstünlük verir.