SİYASƏT


Naxçıvanda hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması diqqət mərkəzindədir

Naxçıvan Qarnizonu Qoşunlarında xidmət keçən hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması işi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq hazırda tikinti işlərinin aparıldığı və MDB məkanında ən böyük hərbi xəstəxanalardan olacaq Naxçıvan Muxtar Respublikası Mərkəzi Hərbi Hospitalını misal göstərmək olar. Bir məqamı da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2018-ci il mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yeni hərbi xəstəxananın açılışında iştirak etməsi dövlət qayğısını hər zaman üzərilərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb.