SİYASƏT


Ermənistanın pafoslu çıxışları ənənəvi ritorikadır

Ermənistan hər vəchlə danışıqlar prosesini pozmaqla beynəlxalq müstəvidə Madrid prinsiplərinin üzərindən xətt çəkməyə nail olmağa çalışır. İşğalçı ölkənin Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın son açıqlamaları, qondarma rejimin başçısı Araik Arutunyanın Gəncəni vurumaqla Azərbaycana qarşı təhdidiləri və müharibəyə hazırlıq çağırışları göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Məsələyə münasibət bildirən deputat hesab edir ki, rəsmi Yeravanın qeyri-ciddi cıxışları pafosdan başqa bir şey deyil. Çünki Ermənistanin bunları etməyə nə hərbi gücü, nə də imkanı var. Milli Məclisi deputatı əlavə etdi ki, bu, Ermənistanin ənənəvi ritorikasıdır. Heç kimə sirr deyil ki, rəsmi Yerevan hərbi könüllülərdən ibarət dəstələrin yaradılması xülyasına düşüb.
Düşmən tərəfinin bu cür hərbi kampaniyalara başlamaq istəyi regionda ciddi təhdid yaratmağa, beynəlxalq təşkilatları çaşdırmağa hesablanıb. Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Dağlıq Qarabağda silaha sarılaraq özünü reklam etdirməsinə gəlincə, deputatlar bunu baş nazirin növbəti təxribatı kimi qiymətləndirirlər. Bildirirlər ki, o artıq həyat yoldaşını da bu təxribatlara cəlb etməklə erməni cəmiyyətinə özünü vətənpərvər xarakterli məmur kimi sırımağa başlayıb. Baş nazir hazirki durumda yarıtmaz fəaliyyətini ört-basdır etmək üçün bütün resurslardan yararlanır. Artıq Paşinyan özü də dərk edir ki, erməni cəmiyyəti ona olan ümidlərini çoxdan itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır