Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kolleclərə qəbul olmaq üçün indiyədək 7 mindən çox abituriyent ixtisas seçimi edib

08.09.2020 [11:54]

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) abituriyentlərin ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ixtisas seçimi sentyabrın 13-dək internet vasitəsilə həyata keçiriləcək. Bu gün saat 10:45-ə olan məlumata görə, 7531 abituriyent (Azərbaycan bölməsi - 7373; rus bölməsi - 158) ixtisas seçimi edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI