ELM VƏ TƏHSİL


Şagirdlərin distant təhsili ilə bağlı valideynlər üzərlərinə öhdəçilik götürəcək

Ümumi təhsil müəssisələrinin yeni tədris ilində necə fəaliyyət göstərəcəyi məlum olub. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti xüsusi tədris planlarına uyğun təşkil olunacaq və distant təhsilə sentyabrın 15-də start veriləcək.
Şagirdlərin əyani və distant təhsil alması üçün bəzi qaydalar açıqlanıb. Bəzi valideynlər ölkədəki pandemiya şəraiti ilə əlaqədar övladının əyani təhsilə cəlb olunmasında mararqlı deyil. Amma narahat olmağa dəyməz. Bunun üçün onlara seçim imkanları verilib. Belə ki, valideynlər Təhsil Nazirliyi ilə müqavilə bağlayıb üzərlərinə müəyyən öhdəliklər götürməli olacaqlar. O da bildirildi ki, ümumi təhsil müəssisələrində Kiçik Summativ Qiymətləndirmələrin sayı azaldıla bilər.