ELM VƏ TƏHSİL


İmişlinin ucqar kəndində 264 şagird yerlik məktəb binası istifadəyə verilib

İmişlinin ucqar kəndində məktəb binası istifadəyə verilib. Rayonun Muradxanlı kəndində tikilən təhsil ocağı 264 şagird yerlikdir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən rayonlarda yeni məktəb inşa edilir və ya əsaslı təmir olunur, təhsil ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. İmişlinin Muradxanlı kəndində tikilən məktəb binası da bu diqqət və qayğının bir nəticəsidir.