SİYASƏT


Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türk şəhidliyində anım mərasimi keçirilib

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Bakı Türk şəhidliyində anım mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi ilə qazanılmış zəfərin bugünkü müstəqil Azərbaycana yol açmaqla bərabər, eyni zamanda, Azərbaycan və Türkiyə üzərində qurulması planlaşdırılan oyunların sonunu gətirdiyini bildirib.