SİYASƏT


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qobustan rayonunun Təklə kəndindəki Türk Şəhidliyində anım mərasimi keçirilib.Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş avtomobil karvanı hərbi hissədən çıxaraq həmin ünvana yollanıb.Müdafiə Nazirliyi adından Türk Şəhidliyindəki abidə-kompleksinin önünə əklil qoyulub.Azərbaycanın və Türkiyənin müstəqilliyi və azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Nuru Paşanın rəhbərliyi altında Azərbaycan və Türkiyə əsgərlərindən ibarət Qafqaz İslam Ordusunun erməni-bolşevik işğalçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsindən, onların şücaət və igidliklərindən ətraflı söhbət açıb.