SİYASƏT


Milli Məclisin Sədri: Ermənistanın Suriya və Livan qaçqınlarını qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırması narahatlıq doğurur

Ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyada rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı söyləyib.