MƏDƏNİYYƏT


Bu gün kinorejissor Arif Babayevin doğum günüdür

Arif Babayev 1928-ci il sentyabrın 24-də İçərişəhərdə, Şirvanşahlar sarayının yanındakı “Qəsr” küçəsində anadan olub. 1947-1953-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 
Arif Babayev 1967-ci ildə “İnsan məskən salır” ilk tammetrajlı bədii filmini ərsəyə gətirib. Mərhum sənətkar “Uşaqlığın son gecəsi”, “Ömrün ilk saatı”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”, “Gün keçdi” və daha bir neçə bədii filmin rejissorudur. Arif Babayevin sonuncu filmi ölümündən 1 il əvvəl çəkilən “Birisigün, gecəyarısı” bədii filmi olub. Kinorejissor 1983-cü il avqustun 26-da 54 yaşında dünyasını dəyişib.