SİYASƏT


Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Kiyevdə də yad edilib

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Kiyevdəki Heydər Əliyev adına parkda yerləşən abidəsinin önündə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə, “SOCAR Energy Ukraine” şirkətinin, Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin rəhbər heyəti, Ukrayna Azərbaycanlıları Radasının rəhbərliyi, diaspor fəalları, diplomatlar iştirak ediblər.