CƏMİYYƏT


Adil Allahverdiyev: Vaksinin əsas hədəfi immun sistemini aktiv vəziyyətə gətirməkdir

Yeni növ koronavirus (COVID-19) infeksiyası ortaya çıxanda onun varlığına inanmayanlar var idi. Daha sonra ətrafında, ailəsində yoluxanlar olduqca bu xəstəliyi anlamağa başladılar.AZƏRTAC xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.