CƏMİYYƏT


Ağcabədili fermer: Qoyunun südündən hazırladığımız pendiri evdən alıb aparırlar

Əsasən kənd təsərrüfatı rayonu olan Ağcabədidə qoyunçuluq ənənəvi sahələrdəndir. Geniş otlaq, örüş və əkin sahələri burada ilin bütün fəsillərində heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır. Həm əlverişli şərait, həm də qoyunçuluğun gəlirli olması səbəbindən ağcabədili fermerlər təsərrüfatlarını genişləndirirlər. Bunun nəticəsidir ki, rayonda qoyun və keçilərin sayı artaraq 288 min başı keçib. Ağcabədili fermerlər respublikamızda ət məhsullarına olan tələbatın ödənilməsində mühüm rol oynayırlar.