ELM VƏ TƏHSİL


Üç yaşı var, sərbəst yazıb oxuyur, Quran ayələrini əzbər bilir

Qobustan rayonunun Sündü kənd sakini 3 yaşlı Sabir Ağaverdiyev öz bilik və bacarıqlarına, dərin hafizə, intellekt və istedadına görə həmyaşıdlarından fərqlənir.
AZƏRTAC xəbər verir ki, adətən uşaqlar hərfləri birinci sinifdə öyrənib, tədris ilinin sonunda cümləni hecalayaraq oxumağa başlasa da, Sabir iki yaşından Azərbaycan dilində səlis oxumağı və yazmağı öyrənib. Böyük uşaq kimi oxuyub-yazan bu balacanın səsindəki 3 yaşlı uşağa məxsus şirinlik də öz yerində... Bundan başqa, apardığı riyazi hesablamaları ilə insanları təəccübləndirməyi də bacarır. Quran ayələrini də əzbər bilən bu balaca, eyni zamanda, hansı bayrağın hansı ölkəyə aid olduğunu da söyləyir. Azərbaycan Ordusunun işğaldan azad etdiyi əraziləri isə xəritədə dəqiq göstərərək, rayonlarımızın adlarını bir-bir sadalayır.