CƏMİYYƏT


Kürdəmirdəki köhnə mehmanxanada baş verən yanğın söndürülüb

Kürdəmirdə yanğın hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 19 radələrində rayonun Heydər Əliyev prospektindəki köhnə mehmanxanada qeydə alınıb. Belə ki, yanğın ümumi sahəsi 900 kvadratmetri olan üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlardan birinin döşəməsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.Faktla bağlı araşdırma aparılır.