Bakıda özünü qazi kimi təqdim edərək insanlardan pul toplayan şəxs ifşa olunub
08.02.2021 [15:43]
Xəbərin mətni
Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub.Polis bölməsində araşdırma aparılan zaman onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.