CƏMİYYƏT


Baş Prokurorluğun yeni inzibati bina kompleksinə mediatur təşkil edilib

Fevralın 11-də Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən yeni inzibati bina kompleksinə mediatur təşkil olunub.AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən təşkil olunan mediaturun məqsədi yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq, habelə bu barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır.