CƏMİYYƏT


Əsgərini tək qoymayaraq, onunla bir yerdə şəhidlik zirvəsinə ucalan baş leytenant

Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar. Ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla mübarizə apararaq şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Murad İbadovdur.AZƏRTAC xəbər verir ki, Qobustan rayon Cəyirli kənd sakini Murad İbadov 1993-cü ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2016-cı ildə həmin məktəbi başa vuraraq, N saylı hərbi hissədə hərbi qulluqçu kimi fəaliyyətə başlayıb.