Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibkara məxsus fermanın anbarında yanğın olub

12.02.2021 [10:28]

Xəbərin mətni

İsmayıllı rayonunda sahibkar Vahid İsayevə məxsus fermanın anbarında yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayon yanğından mühafizə hissəsinin 17 nəfər canlı qüvvəsi və 2 yanğınsöndürən maşını gəlib. Yanğınsöndürənlərin səyi nəticəsində anbarda olan ot bağlamalarının xeyli hissəsi və yaxınlıqdakı tövlələr mühafizə olunub.