CƏMİYYƏT


Nəzarətçilərlə abonentlərin ünsiyyəti minimuma endirilir

“Azəriqaz” İstehsalat Birliyi həmişə fəaliyyətində abonentlərdən istər mətbuat, istərsə də sosial şəbəkələr vasitəsilə gələn müraciətləri analiz edərək mümkün, optimal çıxış yollarının axtarışına çalışır. Növbəti belə müraciətlər müzakirə olunarkən, aydın olur ki, xüsusən də sonradan ödənişli sayğaclardan (mexaniki-elektron) istifadə edən abonentlərimiz nəzarətçi ilə ünsiyyətin minimuma endirilməsini istəyirlər. Çoxmərtəbəli binalarda bu məsələnin həlli istiqamətində görülən işlər artıq nəticəsini verir. Belə ki, sonradan ödənişli sayğaclara quraşdırılan yeni qurğular səyyar terminallarla uzaqdan idarəetməyə tam şərait yaradır. “Azəriqaz” İB bildirişlərin verilməsi sistemində də yeniliklər etmək qərarına gəlib. Sonradan ödənişli sayğacın göstəricilərinin fiziki olaraq nəzarətçi tərəfindən oxunmasını istəməyən abonentlər bildirişlərini SMS vasitəsilə almaq istərsə, bu da dərhal yerinə yetiriləcək. Belə ki, mart ayının 1-5 tarixləri intervalında sonradan ödənişli sayğac istifadəçisi öz sayğacının göstəricisinin aydın görünən fotosunu Birliyin “Çağrı Mərkəzi”nin (+994 77) 3 104 104 saylı “Whatshapp” nömrəsinə göndərə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır