Ceyrançöldə çobanların qış həyatı
12.02.2021 [12:45]
Xəbərin mətni
Ağstafa rayonunun Ceyrançöl ərazisində fermalarda heyvanların çoxu qışda da, yayda da qışlaqda qalır. Burada çöllük ərazidə yolboyu bir-birindən kilometrlərlə aralıda yerləşən çoxlu fermalara rast gəlmək olur. Qışın soyuğuna baxmayaraq, heyvanlara qulluq edən çobanlar peşələrindən narazı deyillər.AZƏRTAC-ın müxbiri Ceyrançöldə çobanlarla söhbət edib, onların qayğıları ilə maraqlanıb.