CƏMİYYƏT


Ümumdünya Səhiyyə Təşkilatı Şamaxıda “PROACT - Qayğı” layihəsinə başlayıb

Şamaxıda “PROACT - Qayğı” layihəsinin icrasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə COVID-19 infeksiyasının yayılması şəraitində vacib səhiyyə xidmətlərinin göstərilməsində baş verə biləcək çatışmazlıqların qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Habelə layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur. Bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər.