CƏMİYYƏT


Göyçayda şəhid Xəyal Məmmədovun adını daşıyan körpü istifadəyə verilib

Göyçayda şəhidin xatirəsini əbədiləşdirmək üçün salınan körpü onun ad günündə istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Göyçay şəhəri ilə Ərəbcəbirli kəndi arasındakı dağ çayı üzərində yeni körpü salınıb. Çay üzərindəki köhnə və balaca körpü istismar müddətini başa vurduğundan Ərəbcəbirli kəndinin sakinləri şəhərə gediş-gəliş zamanı əziyyət çəkirdilər. Rayon əhalisinin maddi vəsaiti ilə uzunluğu 11 metr, eni 7,5 metr olan beton körpü inşa edilib.