Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada geсə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb

15.02.2021 [11:38]

Xəbərin mətni

Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çay evi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elşad İbrahimov və orada olan 13 müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.