SİYASƏT


Prezident İlham Əliyev: Bərpa işləri arasında elektrik enerjisi təchizatı xüsusi yer tutur

Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxışında söyləyib.