SİYASƏT


Prezident: Biz enerji generasiya güclərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik

Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev azad olunmuş ərazilərə səfəri zamanı Laçın rayonunun Güləbird kəndində çıxış edərkən bildirib.