CƏMİYYƏT


Xəzər rayon sakinindən 5 kq-dan çox marixuana aşkarlanıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Bəhruz Salmanov Binə qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 5 kiloqram 18 qram olan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır