CƏMİYYƏT


Düşməndən şəhid dayısının qisasını alan qəhrəman döyüşçü

Şəhid Fərid Seyfullayevin Vətən müharibəsində döyüş yolu Füzulidən başlayaraq Şuşayadək davam edib. Zəfər Gününə iki gün qalmış şəhidlik zirvəsinə ucalan qəhrəmanımız ölümündən sonra üç medalla təltif olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fərid Xeyrulla oğlu Seyfullayev 1991-ci ildə Xaçmaz şəhərində anadan olub. Ailədə bir bacı, bir qardaş olublar. Fərid əsgərliyini bitirdikdən sonra hərbi qulluqçu kimi xidmətdə qalmaq istəsə də, ailəsi evin tək oğlu olmasını nəzərə alaraq buna razı olmayıb.