CƏMİYYƏT


“Azərbaycan evləri” videolayihəsi təqdim olunur

Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri ilə bağlı videolayihə təqdim edir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, videolayihədə Azərbaycan evlərinin yaradılmasının məqsədi, ölkəmizin təbliği baxımından əhəmiyyəti, evlərdə keçirilən tədbirlər və həmin tədbirlərdə xarici nümayəndələrin iştirakı barədə məlumat verilir.