MƏDƏNİYYƏT


Özbəkistanda “Nizami Gəncəvi İli”nin rəsmi açılış mərasimi olub

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən dahi şairə həsr olunan silsilə tədbirlərin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə ölkənin elm, təhsil, mədəniyyət xadimləri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, digər universitetlərin alimləri, Özbəkistan Milli Elmlər Akademiyası, Yazıçılar İttifaqı, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, jurnalistlər iştirak ediblər.