CƏMİYYƏT


Şəhid atası: Şəhidlərimizin hər biri eyni amalda olan qəhrəmanlardır

Vətən müharibəsinə könüllü yollanan Gəray Soltanov ailəsini atasına əmanət edərək, döyüşlərə qoşulmuşdu. Tək arzusu torpaqlarımızın azad edilməsi idi. Elə bu məqsədlə canını Vətən uğrunda sipər edərək şəhadətə ucaldı.AZƏRTAC xəbər verir ki, Soltanov Gəray Xəlil oğlu 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Hələ orta məktəb illərində vətənpərvərliyi ilə seçilən Gəray böyükdən-kiçiyə hər kəsin sevimlisi olub. Hərbi xidmətini sülhməramlı qrupun tərkibində yerinə yetirən Gəray hərbi biliklərə peşəkarcasına yiyələnib. O, Aprel döyüşlərində də cəbhəyə könüllü yollanmışdı. Elə Vətən müharibəsində də öz istəyi ilə döyüşlərə qatıldı.