CƏMİYYƏT


Türkiyədən gələn klinik psixoloqlar Gəncə və Bərdədə də fəaliyyət göstərəcək

Fevralın 26-dan Türkiyə Respublikasından olan psixoloq mütəxəssislərin iştirakı ilə Bakı şəhəri ilə yanaşı Gəncə və Bərdə şəhərlərində də müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq. Bu barədə AZƏRTACA-a Fövqəladə Hallar Nazlirliyindən bildirilib.Məlumata görə, bu regionlarda yaşayan vətəndaşlar qeydiyyat üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edə bilərlər.